Sakit okeanda, Solomon adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.
Yenicag.az-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Qizo şəhərindən 265 kilometr cənub-qərbdə, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.