Şolts: “Zelenski G20 sammitinə dəvət olunmayıb”

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenskinin Braziliyada keçiriləcək G20 sammitinə dəvət edilməməsindən təəssüfləndiyini bildirib və bunu ciddi çağırış adlandırıb.

Yenicag.az xəbər verir ki, o, bu barədə G20-yə uçmazdan əvvəl Berlində jurnalistlərə deyib.

“Əvvəlki görüşlərdən fərqli olaraq, Zelenskinin bu görüşə dəvət olunmadığına görə çox təəssüf etdiyimi gizlətmək istəmirəm”, o deyib.

“Mən də başqaları kimi Zelenskini zirvəyə dəvət etməyin çox fəal müdafiəsi ilə çıxış edirdim, lakin bunun baş verməməsi də bizim nə qədər ciddi problemlə üzləşdiyimizi göstərir” – Şolts bildirib.

Qeyd edək ki, G20 sammiti noyabrın 18-19-da Braziliyanın cənub-şərqində Rio-de-Janeyroda keçiriləcək. İclasa Cənubi Amerika Respublikasının prezidenti Lula da Silva sədrlik edəcək./Apa/

COP29