Somali paytaxtında iki partlayış – Azı 18 ölü

Somalinin paytaxtı Moqadişo şəhərində iki güclü partlayış törədilib.

Yenicag.az xəbər verir ki, partlayışlardan biri prezident sarayı yaxınlığında baş verib.

Belə ki, terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Bundan az sonra daha bir oxşar partlayış qeydə alınıb. Partlayışlardan sonra atışma səsləri də eşidilib.

Partlayışlar nəticəsində azı 18 nəfər ölüb. Daha 20 nəfərin yaralandığı bildirilir.