Somalidə dəhşətli partlayış: 8 nəfər həlak oldu

Somalinin paytaxtı Moqadişoda parlament binası yaxınlığında minalanmış avtomobil partlayıb.

Yenicag.az xəbər verir ki, partlayış nəticəsində ən az 8 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Məlumata əsasən, daha sonra hava limanı yaxınlığında da partlayış olub.

Qeyd edilir ki, partlayış nəticəsində xəsarət alan olmayıb./Trend/