Somalidə güclü partlayış: 6 ölü, 14 yaralı

Somalinin paytaxtı Moqadişoda terrorçu-intiharçı inzibati binanın nəzarət-buraxılış məntəqəsi qarşısında idarə etdiyi avtomobili partladıb.

Yenicag.az xəbər verir ki, partlayış nəticəsində 3-ü nəzarət-buraxılış məntəqəsində avtomobili saxlayan hərbçi olmaqla 6 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Bildirilir ki, xəsarət alanların 6-sı uşaqdır.

Partlayışa görə cavabdehliyi “Aş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.