Somalidə güclü partlayış – azı 40 ölü

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 40 nəfər ölüb, çoxlu insan xəsarət alıb.

Bildirilir ki, şəhərin insanlarla gur olan küçələrinin birində partlayıcı qurğu ilə yüklənmiş avtomobil partlayıb. Partlayışdan sonra güllə səsləri də eşidilib.