Somalidə otelə bombalı hücum – Ölən və yaralananlar var

Somalinin Cövhər şəhərində bomba yüklü avtomobilin Somali siyasətçilərinin yerləşdiyi otelə çırpılması nəticəsində azı 2 nəfər həyatını itirib, 15-dən çox insan yaralanıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə “Nuur Doob” otelində baş verib.

Somalinin Hirshabelle əyalətinin sözçüsü Daud Hacı İrro hadisə nəticəsində həyatını itirənlərin sayının arta biləcəyini deyib.

Bombalı hücuma görə məsuliyyəti “Əl-Şəbab” terror təşkilatının üzərinə götürdüyü bildirilib.

COP29