Somalidə partlayış – Ölənlər var

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

Yenicag.az xəbər verir ki, partlayış nəticəsində 10 nəfər ölüb.

Partlayış beynəlxalq hava limanına gedən magistral yol üzərindəki nəzarət məntəqəsi yaxınlığında baş verib. Partlayışdan sonra atəş səsləri gəlib.

Hələlik hücumun məsuliyyətini üzərinə götürən olmayıb.