Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, daha 17 nəfər yaralanıb.
Məlumata görə, terrorçular şəhərdə 4 dəfə partlayış törədib. Sonuncu partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib.
Partlayışlara görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.