Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində azı 20 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtomobil restoranlardan birinin qarşısında partlayıb. Partlayışdan sonra atışma səsləri eşidilib.
Polis hadisənin baş verdiyi əraziyə aparan bütün yolları bağlayıb.