Somalinin paytaxtında partlayış: ölən və yaralananlar var

Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində azı 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Yeniçağ.Az-ın məlumatına görə, hadisə şəhərin mərkəzində, italyan kafesinin qarşısında baş verib.

Hücumun terrorçu-kamikadze tərəfindən törədildiyi təsdiqlənib.

Partlayışa görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb

Yeniçağ.Az