Son 100 il üçün FƏLAKƏT: Bleyeri hakimiyyətə gətirən səs çoxluğu…

Çoxluq 1997-ci ildə Bleyerlə eyni olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Times” məlumat yayıb.

Qeyd olunub ki, 170 səs çoxluğu ilə Starmer 1997-ci ildə Tony Bleyeri hakimiyyətə gətirən səs çoxluğu ilə eyni səs çoxluğuna arxalana bilər.

“Bu, həmçinin 1945-ci ildə Klement Ettlın İşçi Partiyasının qazandığı 145 yerlik çoxluqdan və 1983-cü ildə Marqaret Tetçerin ikinci müddətə seçilməsini təmin edən 144 yerdən daha böyükdür”, – deyə məlumatda qeyd edilib.

Nəşr yazır ki, Exit-Pollun nəticələri bu cür olarsa, Torilərin indiyə qədərki ən pis ümumi seçki göstəricilərindən belə aşağı düşəcəyi proqnozlaşdırılır.

“Bunun əvəzinə, onların 1832-ci ildə qazandıqları 131 yerə bərabər olacağı proqnozlaşdırılır, bu son 100 il üçün fəlakətdir”, nəşr yazıb.

Rafi Müslümov