Son 12 gündə məsuliyyətə cəlb edilənlərin SAYI

Son 12 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.

Bu barədə Yenicag.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.