Son 18 ildə Azərbaycanda əfv edilən şəxslərin sayı açıqlanıb.
Bu barədə Yenicag.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları 6000-ə yaxın məhkumu əhatə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu il mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.