Son 2 gündə “qara bazar”da dollar ucuzlaşıb – QİYMƏT

Fevral ayının 1-də “qara bazar”da dollar ucuzlaşmaqda davam edib.

Yenicag.Az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1.92 manat, satışı isə 1.94 manata düşüb. Bu isə ötən gün ilə müqayisədə 1,02% ucuzlaşma deməkdir.
Qeyd edək ki, yanvar ayının son günündə “qara bazar”da dolların alışı 1.93 manat, satışı isə 1.95-1.96 manata təşkil etmişdi.

Xatırladaq ki, Mərkəzi Bank fevral ayının 1-i üçün dolları ötən günə nisbətən bahalaşdırsa da, yanvar ayının 31-də Bloomberg terminalı üzərindən manat 0,05% bahalaşmışdı. Belə ki, manatın dollar qarşısında məzənnəsi yanvar ayının 25-dən sonra ilk dəfə dəyər qazanaraq 1.9407 müəyyən edilib.

Yenicag.Az