Son 24 saat ərzində dünyada 917 zəlzələ baş verdi

Son 24 saat ərzində dünyada 917 zəlzələ baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan bəzilərinin maqnitudası 5,7 bal olub. Vulkan kəşfiyyatı üzrə mütəxəssislərin fikrincə , 917 zəlzələdən yalnız dördü 5 və ya daha yüksək bal gücündə olub.

Digər hallarda:

– 4-5 bal gücündə 36 zəlzələ;
– 3-4 bal gücündə 109 zəlzələ;
– 2-3 bal gücündə 212 təkan;
– 2 bal gücündə isə 556 zəlzələ.

Sonuncu 2,3 ​​bal gücündə zəlzələ İtaliyanın Aosta şəhərində, ən güclü 5,7 bal gücündə isə Fici sakinləri tərəfindən yaşanıb.

COP29