Son 32 illik tariximizdə MÖHTƏŞƏM İLK: “Bu günü belə sevinc və qürurla qeyd etmək…” – İstiqlalçı deputat
“Çox şükür, Allah mənə də bu prosesdə birbaşa iştirak etmək imkanı verdi”.
Bu fikirləri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının növbəti ildönümünü dəyərləndirən İstiqlalçı deputat Sülhəddin Əkbər Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ilk dəfədir, dövlət müstəqilliyinin bərpası gününü belə sevinc və qürurla qeyd edirik:
“Dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycan tarixində çox əlamətdar bir gündür. Bilirsiniz ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi olaraq, elan etməyə nail olduq. Çox şükür, Allah mənə də bu prosesdə birbaşa iştirak etmək imkanı verdi.
Bu gün 32 ildə ilk dəfədir ki, dövlət müstəqilliyinin bərpası gününü belə sevinc və qürurla qeyd edirik. Çünki bugünkü bayram Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyi şəraitdə qeyd olunur.
Bu qüruru və sevinci bizə yaşadan qəhrəman ordumuza, qazilərimizə minnətdarlığımı bildirir, bu amal uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirəm. Azərbaycan xalqı onları heç vaxt unutmayacaq”.
A.Zeynalov