Son 4 prezident seçkilərinin daimi İŞTİRAKÇISI: “Bu dəfə qatılıb-qatılmamağım…”

“Bütün məqamlara aydınlıq gətirildikdən sonra konkret mövqe bildirmək mümkün olacaq”.

Bu fikirləri prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda 2024-cü ilin fevralın 7-nə növbədənkənar prezident seçkilərinin təyin olunmasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.Partiya sədrinin sözlərinə görə, növbədənkənar seçkilərlə bağlı qərar yeni qəbul olunduğundan, onun təhlilinə müəyyən vaxt lazımdır:

“Verilən sərəncamı təhlil etmək üçün müəyyən vaxt tələb olunur. Yalnız bütün məqamlara aydınlıq gətirildikdən sonra konkret mövqe bildirmək mümkün olacaq. Hətta bu dəfə də seçkilərə qatılıb-qatılmamaq məsələsini müzakirə edə bilərik”.

Nəsimi Ələsgərli

COP29