Bu ilin yanvar-iyun aylarında 86 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Onlardan 18 mini pensiya, 68 mini müavinət və təqaüd təyinatıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb. Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatlar e-qaydada aparılır.
Ötən dövrdə 586,5 min pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.