Son bir ayda koronavirusa yoluxanların sayı iki dəfə artdı

Bir ay ərzində dünyada koronavirusa yoluxanların sayı təxminən iki dəfə – 80% artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı bülletendə deyilir.

Təşkilatın məlumatına görə, iyulun 10-dan avqustun 6-dək infeksiyaya yoluxanların sayı təxminən 1,5 milyon, ölənlərin sayı isə 2,5 min nəfər təşkil edib. Qeyd olunur ki, əvvəlki hesabat dövrü ilə müqayisədə ayda eyni vaxtda ölənlərin sayı 57% azalıb.