Dünyada koronavirusdan ölənlərin sayı 340 230 nəfərə yüksəlib.
Yenicag.az xəbər verir ki, son 7 gündə dünyada 30 mindən çox insan pandemiyanın qurbanı olub.
Virusdan ən çox ölüm faktı ABŞ (96 007), Böyük Britaniya (36 393) və İtaliyada (32 616) qeydə alınıb.
Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı 5 milyon 318 mini, sağalanların sayı isə 2 milyon 169 mini keçib.
Qeyd edək ki, Azərbaycanda koronavirusdan ölənlərin sayı 46 nəfərdir. Ölkəmizdə indiyədək 3 855 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 2 399 nəfəri sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./Report/