Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

SON DƏQİQƏ: "120 saat sonra..." - Ərdoğan açıqladı/Canlı yayım

Bu dəqiqələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlama verir.

Yenicag.az xəbər verir ki, Ərdoğanın çıxışı sosial media hesablarında canlı olaraq yayımlanır.

Əsasən, son günlərin gündəm mövzusu “Barış pınarı” əməliyyatları ilə bağlı danışan Ərdoğan verilən sözlərin yerinə yetirilməməsi halında əməliyyatların davam etdiriləcəyini deyib:

“ABŞ rəsmilərinə mövqeyimizi açıq demişdik. Onlar dəyərləndirdilər və Tramp mənə köməkçisi Maykl Pens, Xarici işlər naziri Maykl Pompeo rəhbərliyində heyətin görüşmək üçün gəlmək istədiyini bildirdi. Buyurun gəlin dedim. Pens ilə danışdıq. İstədiklərimi dedim, onlar da qarşılığında mövqelərini bildirdilər. Dəyərləndirdik. Yekunda əməliyyatlara 120 saat ara vermək qərarı aldıq. Bu müddət ərzində terror təşkilatları bizim tələb etdiyimiz bölgədən tamamilə çəkiləcək. Silahları alınacaq, qurduqları tələlər və mövqelər dağıdılacaq. Türkiyə ordusu bölgədə təhlükəsizliyin təminatı kimi qalacaq. Yox əgər, 120 saat sonra verilən söz tutulmazsa, əməliyyatlar qaldığı yerdən, daha qərarlı davam edəcək. Bizim mövqeyimiz budur”.

Həşim Səhrablı

www.yenicag.az

2886
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM