SON DƏQİQƏ – 33 Türk əsgəri şəhid oldu – Yenilənib

Türk Silahlı Qüvvələrinə hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.

Bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.

Onun sözlərinə görə, hazırda yaralı olan hərbçilər intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur.

***

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 29 hərbi qulluqçusu şəhid olub.

Türkiyə mediasına bu barədə açıqlama verən Hatay valisi Rəhmi Doğan həmçinin 36 hərbçinin yaralandığını bildirib.

***

01:38

Hatay valisi Rəhmi Doğan: “Türk Silahlı Qüvvələrinə (TSK) İdlibdə rejim qüvvələri tərəfindən hava hücum edildi. Bu hücum nəticəsində 22 Mehmetçik şəhid oldu.” 

***

01:34

Türk Silahlı Qüvvələrinə hava hücumu nəticəsində 9 türk əsgəri şəhid oldu.

Yenicag.az xəbər verir ki, bunu Hatay valisi Rəhmi Doğan Türkiyə mediasına verdiyi açıqlamasında deyib.

“Türk Silahlı Qüvvələrinə (TSK) İdlibdə rejim qüvvələri tərəfindən hava hücumu edildi. Bu hücum nəticəsində 9 Mehmetçik şəhid oldu. Yaralılarımız, ağır yaralılarımız var, yaralılarımızı Cilvegözü Sərhəd keçid məntəqəsindən Türkiyəyə gətirdik. Müalicələri davam edir. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza təcili Şəfa diləyirəm. Millətimizə təşəkkür edirəm. Yaralılarımız haqqında ictimaiyyətə məlumat verməyə davam edəcəyəm. ”

Xəstəxanalarda yaralıların qanına ehtiyac olmadığını vurğulayan Doğan, “Bütün tədbirlər görüldü, bütün sağlamlıq işçilərimiz vəzifədədir ” deyə əlavə edib.

COP29