SON DƏQİQƏ: ABŞ-dan Türkiyə xəyanəti – Hava proqramından çıxarıldı

ABŞ Müdafiə Nazirliyi Pentaqon Türkiyənin Birləşmiş Hava Əməliyyatları Mərkəzi tərəfindən Suriyadakı Hava Əməliyyatları Əmrindən çıxarıldığı barədə məlumat yayıb.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, qərara əsasən, bölgədəki hava əməliyyatları barədə kəşfiyyat məlumatları da Türkiyəyə verilməyəcək.

Pentaqon sözcüsü Karla Qleson deyib: “Türkiyə Birləşmiş Hava Əməliyyatları Mərkəzi tərəfindən Suriyadakı Hava Əməliyyatları Əmrindən çıxarıldı. Bölgədəki hava əməliyyatları barədə kəşfiyyat məlumatları da Türkiyəyə verilməyəcək. Bu Suriya hava məkanını Türkiyəyə bağlamaq demək deyil. Ancaq bu məlumatlar olmadan Türkiyə burada heç bir əməliyyat yerinə yetirə bilməyəcək hala gələcək”.

Qeyd edək ki, ABŞ rəsmiləri, həmçinin Pentaqon rəsmiləri də bundan əvvəlki çıxışlarında Türkiyənin başladacağı əməliyyatlara əngəl olmayacağını bildirib.

Prezident Donald Tramp isə, Türkiyəni iqtisadi tənəzülə uğradacağı barədə açıqlama verib.

Həşim Səhrablı

COP29