Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Son dəqiqə: Ankarada azərbaycanlı qadın əri tərəfindən girov götürüldü – Polis gələcəyi təqdirdə qadını öldürməklə təhdid edir

Ankarada Mamak rayonunun General Zəki Doğan məhəlləsində əslən azərbaycanlı Sevinc Tombuş Paşayeva və onun anası girov götürülüb.

Yenicag.az xəbər verir ki. bu haqda Avropa.info-ya Türkiyədəki özəl mənbələrdən daxil olub. Məlumata görə, Mamak rayonunun General Zəki Doğan məhəlləsi 557, Cəlal apartmanı 9/5-də yaşayan Sevinc Tombuş Paşayeva və anası Türkiyə vətəndaşı olan əri tərəfindən girov götürülüb.

Məlumata görə, Türkiyə vətəndaşı ilə evli olan Sevinc Tombuş Paşayeva ərindən ayrılmaq üçün dəfələrlə müraciət etsə də, nəticə əldə edə bilməyib. Bundan qəzəblənən əri onu və anasını evdə girov saxlayaraq polisin evə gələcəyi təqdirdə onları öldürəcəyi ilə təhdid edir. Məsələdən xəbər tutan Türkiyədə yaşayan azərbaycanlılar təqribən yarım saat öncə daxili işlər naziri Süleyman Soyluya məsələ ilə bağlı məlumat göndəriblər.

www.yenicag.az

3807
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM