Son dəqiqə: Ankarada dəhşətli yanğın – 5 nəfər öldü, binada köməksiz qalanlar var

Ankarada 4 mərtəbəli mebel fabrikində yanğın baş verib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində 5 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

Yanğının səbəbləri hələki dəqiq bilinmir.

Hadisə yerində olan vətəndaşlar dərhal xilasetmə qruplarına xəbər verib. Əraziyə çoxlu sayda yanğınsöndürmə və təhlükəsizlik əməkdaşları cəlb edilib.

Xilasedcilər dərhal binada köməksiz qalan 5 nəfəri sağ-salamat xilas edib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Lakin, binada hələ də köməksiz vəziyyətdə qalanların olduğu bildirilib. Yanğının təsirindən xilasedicilər özü də müəyyən zərərlər görüb.

Qruplar xilasetmə əməliyyatlarına davam edir.