Türkiyənin paytaxtı Ankarada 4.6 bal gücündə zəlzələ olub.
Yenicag.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.
Məlumatda bildirilib ki, zəlzələ Kaleçik mahalında saat 22.53-də 6,7 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ ətraf vilayətlərdən də hiss edilib.