Son dəqiqə! Azərbaycanda benzin ucuzlaşır

Bu gecə saat 00:00-dan etibarən “Aİ-95” premium markalı benzinin qiyməti ucuzlaşacaq.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, “Aİ-95” markalı yanacağın qiyməti 0,10 manat ucuzlaşaraq 1 manat 10 qəpik olacaq.

Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşmüşdü.