SON DƏQİQƏ: Azərbaycanda Dairə Seçki Komissiyasının sədri öldü

64 saylı Sabirabad İkinci Seçki Dairəsinin (DSK) sədri Şükür İmanov vəfat edib.

Yenicag.az xəbər verir ki, bir neçə gün əvvəl ağır vəziyyətdə Bakıdakı klinikalardan birinə yerləşdirilən DSK sədri bu gün Sabirabadın Qaratəpə kəndinə gətirilib və orada dünyasını dəyişib. Belə ki, həkimlər onun yaşamaq şansının olmadığını bildiriblər və ailə üzvləri Ş.İmanovun süni tənəffüs aparatı ilə yaşadığı evə gətirilməsinə və burada aparatdan ayrılmasına qərar veriblər.

Qaratəpə kənd bələdiyyəsinin sədri Fatma Hüseynova Publika.az-a bildirib ki, Şükür İmanov bir neçə il idi ki, ağır xəstəlikdən əziyyət çəkimiş: “Onun bir böyrəyi fəaliyyətini itirdiyi üçün çıxarılmışdı, bir neçə gün əvvəl də Bakıda cərrahi əməliyyat edildiyi xəstəxanaya yerləşdirilmişdi. Şükür müəllim çox dəyərli ziyalı idi. Allah rəhmət eləsin”.