Bu gün Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda maqnitudası 3,1 olan zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar hiss olunmayıb.