Son dəqiqə! Bakı-Salyan yolunda ağır qəza: Avtomobil aşdı – VİDEO

Bakı-Salyan yolunda ağır yol qəzası baş verib.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Bakı Gömrük İdarəsinin yaxınlığında “Green City” yaşayış kompleksinin önündə qeydə alınıb.

Qəza nəticəsində avtomobillərdən biri aşıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

COP29