Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Zabrat yolunda ağır avtobus qəzası - Yaralananların adları açıqlandı - SİYAHI/YENİLƏNDİ

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev  Yenicag.az-a bildirib ki, bu gün saat 7:00 radələrində Zabrat Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyni istiqamətdə qarşısında hərəkət edən və körpü üzərində idarəetmədən çıxaraq fırlanıb hərəkətin əks istiqamətdə dayanmış Quliyev Əbil Zabil oğlunun idarə etdiyi VAZ-2107 markalı, 10-MR-819 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü və sərnişinləri, 1970-ci il təvəllüdlü Kərimova Aytən Əfələddin qızı, 1996-cı il təvəllüdlü Məmmədova Fidan Rasim qızı, 1961-ci il təvəllüdlü Balakişiyeva Mühbarə Cuma qızı, 1993-cü il təvəllüdlü Məmmədov Əli Rasim oğlu, 1996-cı il təvəllüdlü Həsənov Elşən Məmməd oğlu və1991-ci il təvəllüdlü Rüstəmzadə Murad İlqar oğlu yüngül dərəcəli xəsarətlər alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Nəqliyyat Agentliyi Maştağada marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yayıb.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, bu gün səhər saat 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən “VAZ 2107” markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də, yol sürüşkən olduğundan nəqliyyat vasitəsi idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb.

Qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin xəsarət aldığı bildirilir.

***

09:16

Bakının Sabunçu rayonunda sərnişin avtobusunun ağır yol qəzası baş verib.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə,  Zabrat-Sabunçu yolunda 107 saylı marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) sərnişin avtobusu “VAZ 2107” markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu yoldan çıxıb, dərəyə aşıb.

Hadisə yerinə polis əməkdaşları və 10-a yaxın təcili tibbi yardım maşını gəlib.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib:

“Onlardan 5 nəfər kişi, 2-si isə qadındır. Yaralılara 3 saylı şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra onlar ambulator müalicəyə buraxılıblar”.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

977
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM