Son dəqiqə: Bakıda ağır qəza – FOTO+VİDEO

Bakıda ağır avtomobil qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, 90-XM-099 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən, 90-XH-261 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın ona çırpılıb.

Nəticədə “Mercedes”də olan qadın sərnişin qaşı partlayıb. Hadisə yerinə təcili tibbi yardım çağrılıb.

Faktla bağlı araşdırma başlanıb.