Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

SON DƏQİQƏ: Bakıda bazar yanır - 6 nəfər xəsarət aldı - VİDEO/YENİLƏNİR

Bakıda taxta bazarında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanlardan 5 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır: “Onlardan 3-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 2 nəfər və 1 adi vətəndaş xəstəxanaya yerləşdirilib”.

Xatırladaq ki, paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarı adlanan ərazidə güclü yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları ilə yanaşı Səhiyyə Nazirliyinin 10 Təcili Tibbi yardım briqadası da cəlb edilib.

***

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.

***

“Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğında 2 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, onların hər ikisi FHN-in yanğınsöndürənləridir.

***

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.

***

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***Fövqəladə Hallar Nazirliyi (FHN) “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, avqustun 22-də FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Təcili Tibbi Yardıma çağırış saat 15:12-də daxil olub. Hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: “Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa bu barədə əlavə məlumat verəcəyik”.

***

15:40

Bakıda tikinti materiallarının satışı ilə tanınan “Taxta Bazarı”nda yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, hadisə günorta saatlarında Nərimanov rayonu ərazisində yerləşən məşhur “Taxta Bazarı”ında başlayıb. Hadisənin hansı səbəbdən baş verdiyi və yanğının əhatə etdiyii ərazi ilə bağlı konkret məlumat yoxdur.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və çoxlu sayda texnika cəlb edilib.

www.yenicag.az

1804