!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda binada yanğın - ANBAAN VİDEO

!Reklam – Yazi

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan üç otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

www.yenicag.az

1981
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv