SON DƏQİQƏ! Bakıda DƏHŞƏT – Kran yaşayış binasının üzərinə aşdı/ÖLƏN VAR – VİDEO

14:05

Bakıda kran aşıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Həsən Əliyev küçəsində baş verib. Hadisə yerində olan şahidlərin sözlərinıə görə, ərazidə bina tikintisi üçün istifadə olunan kran aşıb.

Hazırda hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.

Bakıda qaldırıcı kranın aşması nəticəsində sürücü ölüb.

***

Bakı Nəqliyyat Agentliyi paytaxtda qaldırıcı kranın aşması ilə bağlı sürücülərə müraciət edib.

Müraciətdə deyilir: “Bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.

Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik”.

***

Bakıda kranın aşması nəticəsində bir nəfər ölüb.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən görə, hadisə paytaxtın Nəsimi rayonu, Mövsüm Sənani 29 ünvanında baş verib.

Həmin ərazidə kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.
***

Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsi 29 ünvanında kranın aşması nəticəsində 5 avtomobilə ciddi ziyan dəyib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumatına görə, hadisə nəticəsində kran küçədə dayanan 5 avtomobilin üzərinə aşıb. Həmin avtomobillər tam yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində 1 nəfər – kranın sürücüsü dünyasını dəyişib. 8 mərtəbəli yaşayış binasının sonuncu mərtəbələrində olan iki mənzilin damına ziyan dəyib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub. Dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.