!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Silahlı insidentdə yaralanan şəxs ATU-nun hərbi tibb fakültəsinin 4-cü kurs tələbəsidir - YENİLƏNDİ 4

!Reklam – Yazi

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentdə yaralanan şəxs ATU-nun hərbi tibb fakültəsinin 4-cü kurs tələbəsidir. 

Yenicag.az xəbər verir ki, hadisə baş verən zaman dərs saatı olmayıb. /Oxu.az/

***

16:11

“Biz atışma səslərinə gəldik. Atəş açanları görmədik, iki nəfər xanım görüb. Onlar da qaçdılar yolun o biri tərəfinə”.

Yenicag.az xəbər verir ki, bu barədə şahid Baku TV-nin hadisə yerinə yollanan müxbirinə açıqlamasında deyib.

Hadisə şahidi bildirib ki, yaralılara ilkin tibbi yardımı onlar göstəriblər:

“Biz atəş səsləri eşitdikdən 1-2 dəqiqə sonra bura gəldik. İki nəfər yaralı var idi. Onların ayaqlarını juqutla bağladıq və təcili tibbi yardıma məlumat verdik. Biri dedi ki, ATU-nun tələbəsidi. O sağ ayağından güllə yarası almışdı. O biri bilmədik kim idi. Tələbə dedi ki, Xırdalanda yaşayır, heç kimlə ədavəti olmayıb”.

***

16:01

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.

Yenicag.az xəbər verir ki, silahlı insident nəticəsində üç nəfər xəsarət alıb və bir avtomobilə ziyan dəyib.

Canlı yayımı təqdim edirik:

***

15:50

Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir.

Yenicag.az xəbər verir ki, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir.

***

15:21

Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

***

14:45

Bakıda silahlı insident olub. 

Yenicag.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

İnsident zamanı silahlı şəxs və şəxslərin iki nəfəri güllələdiyi iddia edilir.

DİN Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.

Araşdırma aparılır.

www.yenicag.az

10112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv