SON DƏQİQƏ! Bakıda yanğın – Küçədə hərəkət dayandırıldı/VİDEO

Bir az əvvəl Bakının Təbriz küçəsində iaşə obyektində yanğın baş verib.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb.

Bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.