SON DƏQİQƏ: Cavanşir Quliyev xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə rejissor Ramiz Mirzəyev məlumat yayıb.

O, Cavanşir Quliyevin xanımına istinad edərək bildirib ki, İstanbulda işgüzar səfərdə olan bəstəkar bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, bəstəkar Acıbadəm Xəstəxanasındadır və beyninə qan sızıb.

COP29