SON DƏQİQƏ! Dağüstü parkda yanğın — VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

***

Bu gün gecə saatlarında paytaxt Bakının Dağüstü park ərazisində yanğın çıxıb.

Yenicag.az ərazidən çəkilən görüntüləri təqdim edir: