Son dəqiqə: Demirtaş və Yüksəkdağ məhkəmənin hökmü ilə həbs olundular

demirtas-690x450Türkiyədə terror araşdırması çərçivəsində saxlanılıb HDP həmsədrləri Səlahəddin Demirtaş və Figən Yüksəkdağ Diyarbəkir 2-ci Sülh Cəza Məhkəməsinin qərarı ilə həbs olunub.

Avropa.info xəbər verir ki, Demirtaş silahlı terror təşkilatına üzv olmaq , terror təşkilatı adına cinayət törətmək , Türkiyə dövlətini, millətini, prezidentini, parlamentini, ordusun, polisini təhqir etmək, PKK-nın təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təşviq etmək maddələri ilə ittiham olunur.
Figən Yüksəkdağ isə cinayət törətmək məqsədi ilə təşkilat qurmaq, terror təşkilatının təbliğatını aparmaq, Türkiyə hökumətini, dövlətini, məhkəmə orqanlarını, hərbi və polis təşkilatını təhqir etmək, dövlətin birliyi və ölkə bütövlüyünü pozmaq, cinayəti və cinayətkarı tərifləməkdə suçlu bilinir.