!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SON DƏQİQƏ! DTX-dən ƏMƏLİYYAT - Vaqif Axundovun bacısı oğlu tutuldu / YENİLƏNDİ 

!Reklam – Yazi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayevin rüşvət almaqda şübhəli bilinərək saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Baş Prokurorluqdan Yenicag.az-a bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

***

20:34

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Yenicag.az Gününsesi.info-ya istinadən xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub.

Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Həbs edilən polkovnik Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

Xatırladaq ki, Vüsal Babayevin saxlanılması ilə bağlı ilk xəbəri gününsesi.info yazıb.

www.yenicag.az

1854
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv