SON DƏQİQƏ: DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir – Bu vəzifəli şəxslər saxlanıldı – FOTOLAR / YENİLƏNDİ

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. 

Yenicag.az xəbər verir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev saxlanılıb./Trend/

Nazirliyin protokol şöbəsinin əməkdaşı Kamil Rzayev də saxlanılıb./Bizim.Media/

 

Saxlanılanlar arasında Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var./APA/

***

12:45

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilir.

Yenicag.az xəbər verir ki, hələlik əməliyyatın təfərrüatları barədə məlumat yoxdur.

Daha ətraflı məlumat veriləcək./Trend/