Dubayda baş verən dəhşətli partlayışın SƏBƏBİ – VİDEO / YENİLƏNDİ 

Dubay rəhbərliyi şəhərin limanında dayanan gəmilərdən birində partlayışın olduğu barədə məlumatı təsdiqləyib.

Səlahiyyətlilər alovlanmanın gəminin göyərtəsində yerləşən və içində tez alışan maddələrin olduğu konteynerlərdən birinin partlaması nəticəsində olduğunu bildirib.

Partlayışdan sonra gəmidə yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və həkim briqadaları yollanıb və yanğın nəzarət altına alına bilinib.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

***

00:28

Dubayın Cəbal Əli limanının ərazisində güclü partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Partlayışın neft tankerində baş verdiyi də bildirilir.