SON DƏQİQƏ! Düşmən Daşkəsəni artilleriya atəşinə tutur

Ermənistan növbəti provokasiyaya əl atıb.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, sentyabrın 29-da səhər saat 07:30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur.

Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.