SON DƏQİQƏ: Ərdoğan və Putin arasında kritik danışıq – “Bu Türkiyənin milli təhlükəsizliyinə zərər verir”
Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, danışığın əsas mövzusu Suriyada baş verən qarşıdurmalar olub.
Ərdoğan İdlibdəki atəşkəs rejiminin kobud şəkildə pozulmasından narahatlığını dilə gətirərək bunun, bölgədə insani problemlərə səbəb olmaqla yanaşı Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaratdığını bildirib.
Danışıq zamanı Liviyadakı son vəziyyət barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dünən Türkiyə İdlibdə yaradılmış “Gərginliyi azaltma bölgəsi”nə əlavə zirehli texnika, canlı qüvvə və canlı qüvvəni daşımaq üçün minik vasitələri yollayıb.
Ərazidə Türkiyənin nəzarət etdiyi 12 müşahidə məntəqəsi var.
Həşim Səhrablı