SON DƏQİQƏ: Ərdoğandan kritik açıqlama – Türkiyə NATO-dan çıxır?

“Nə NATO üzvlüyündən, nə də müttəfiqlərimizdən imtina etmək niyyətimiz var”. 

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Hər nə qədər çevriliş, hərbi xunta zamanlarında nüfuzu zədələnmiş olsa da Türkiyə Silahlı Qüvvələri istiqlaliyyətimizin və millətimizin güvən yeri olmağa davam edir” – deyə, Ərdoğan qeyd edib.

“Demək olar ki, tamimiylə aradan qaldırdığımız terror təhlükəsinin bu gün müttəfiq bildiyimiz bir ölkənin sərhədlərində aktivləşməsi isə başqa bir problem kimi qarşımıza çıxır. Fərhat çayının şərqində xalqa qarşı açıq-aşkar zülm edirlər” – deyə, türkiyəli lider əlavə edib.

Həşim Səhrablı