!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SON DƏQİQƏ: G20 başa çatdı - Birgə bəyannamə imzalandı

!Reklam – Yazi

G20 sammitinin yekunlarına dair birgə bəyanat razılaşdırılıb.

Yenicag.az xəbər verir ki, bəyanatda gələcəyə dair iş birliyi, birgə inkişaf perspektivləri, davamlı qida təhlükəsizliyi və cinsi bərabərlik kimi önəmli məsələlər öz yerini alıb.

31 maddədən ibarət iqtisadi tədbirlər bəyannaməsində hər şeydən əvvəl beynəlxalq qaydalara riayyət olunmasının vacibliyi vurğulanıb.

“Paris Iqlim Dəyişikliyi Anlaşması”nın ləğv edilməyəcək dərəcə böyük əhəmiyyətə malik olması nəzərə alınaraq, iqlim dəyişikliyində bərabər mübarizə aparılması qeyd olunub.

Eyni zamanda ABŞ sözügedən anlaşmadan geri çəkildiyini bildirilərək, ətraf mühitə zərər vurmadan enerji ehtiyyatlarını istifadə edəcəyini bildirib. Beləcə, ABŞ “Paris Iqlim Dəyişikliyi Anlaşması”ndan çəkilən yeganə ölkə olub.

Bəyannamədə, terrorun hər növünə qarşı önləyici tədbirlər alınmasının vacibliyi də ön plana çıxarılan məsələlər sırasında olub.

Son olaraq isə, bəyannamə G20 zirvəsinin 2019-cu ildə Yaponiyada, 2020-ci ildə isə, Səudiyyə Ərəbistanında keçirilməsini nəzərdə tutub.

www.yenicag.az

9384
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv