Son dəqiqə: İngiltərə parlamenti “Brexit” anlaşmasını rədd etdi

Bu gün İngiltərə parlamentində “Brexit” səsverməsi keçirilib.

Yenicag.az xəbər verir ki, müzakirənin sonunda parlament üzvülərinin səs çoxluğu ilə müqavilə rədd edilib.

İcmalar Palatasının 202 üzvü sənədin lehinə, 432-si isə əleyhinə səs verib.

Parlamentarilər 600 səs əleyhinə, 24-ü isə lehinə olmaqla, “Brexit” müqaviləsinə ölkənin Avropa İttifaqı ilə razılaşdırılmış İrlandiya sərhədləri üzrə plandan birtərəfli imtina etmək (geri qaytarmaq) hüququ verən qanun layihəsini təsdiq etməyib.

Qeyd edək ki, sözügedən anlaşma İngiltərə Baş naziri Tereza Mey və Avropa Birliyi arasında razılaşdırılmış son müqavilə formatıdır.

 

Həşim Səhrablı

COP29