Bu gün Masallıda zəlzələ olub.
Yenicag.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 12:32-də Lənkəran stansiyasından 34 km şimal-şərqdə Masallı ərazisində 3.4 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 36 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.